Xarici dil kursları

Qeydiyyatdan keç

 

Şəmkir uğur kolleci — Qeydiyyat

İngilis dili haqqinda məlumat

“Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində müasir kurikulum islahatına əsaslanan maraqlı metod və müxtəlif iş formalarının tətbiqi ilə tədris olunan dil kursları müasir zamanda gənclərin ən vacib tələbatlarının qarşılanması üçün əvəzsiz töhvədir.

Mərkəzdə fəaliyyət göstərən ingilis dili kursu ingilis dilinin 6 səviyyəsi- Stareter, Elementary, Pre İntermediate, İntermediate, Upper İntermediate və Advanced səviyyələri üzrə tədris olunur və əsasən dilin 4 – oxu, yazı, oxu, dinləmə bacarığının inkişafına yönəldilib.

Kurslar ən müasir metodikalardan istifadə etməklə xüsusi proqramlar və audio-video materiallar, müasir kurrikulum metodlarına əsaslanan kiçik və böyük qruplarla iş və kommunikativ metodlarla keçirilir ki, bu da iştirakçının nitqinin fəal olmasına və onun daha çox ünsiyyətdə olmasına şərait yaradır. Müasir dərs vəsaitləri, ünsiyyət xarakteri daşıyan qrup proyektləri, oyunlar, müasir ingilis dilinin söz ehtiyyatının və qrammatikasının əyləncəli şəkildə daha tez öyrənilməsinə kömək edir.

Tələbələrin dil səviyyəsini müəyyən etmək üçün ilkin testlər keçirilir və tələbələr dil səviyyələrinə görə qruplara bölünür. Qruplarımız 8-12 nəfərdən ibarət olur və dərs zamanı ünsiyyətin inkişafına daha çox yer verilir. Hər bir bölmənin sonunda test imtahanı keçirilərək ən azı 75 % -i toplayan iştirakçılar növbəti mərhələyə keçirlər.
 

Bundan əlavə olaraq hər şənbə günləri Conversation Club-lar və Movie Night-lar keçirilir ki bu da öz növbəsində iştirakçıların danışıq və dinləmə qabiliyyətlərinin inkişafına müsbət təsir göstərir.

 

Rus dili

Müasir həyatımızda xarici dil vacib rol oynayır .Bu məqsədlə region gənclərinin dil səviyyəsini inkişaf etdirmək üçün “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində rus dili kursu fəaliyyət göstərir. Mərkəzdə fəaliyyət göstərən rus dili kurslarının əsas məqsədi şagirdlərin nitq qabiliyyətlərinin ünsiyyət mədəniyyət ilə əvəz edilməsidir.

Məşğələlərimizdə qeyri ənənəvi metodlardan, zəngin əyani vəsaitlərdən, audio-video materiallardan, müxtəlif dərsliklərdən və rus dili saytlarından istifadə olunur.

Kursda gənclər Mərkəzin zəngin kitabxanasından istifadə edərək rus ədəbiyyatını orijinal variantda oxumaq imkanları əldə edir, bu zaman nəinki söz ehtiyatlarin artırır, eyni zamanda rus dilli xalqların mədəniyyəti, sosial həyatı və tarixi ilə yaxından tanış ola olurlar.

Həftə sonları keçirilən “ədəbiyyat klubu”nda iştirakçılar rus dilində maraqlı filmlər izləyir, nitq qabiliyyətini yaxşılaşdırmaq üçün müxtəlif mövzular ətrafinda bir–biri ilə dialoq qurur, maraqlı müzakirələr aparır və əyləncli intellekual oyunlar keçirilər.

Eyni zamanda tələbələr üçün müasir rus mədəniyyəti və ədəbiyyatının görkəmli nümayəndələri ilə onlayn-görüş təşkil olunur, tanınmış şəxsiyyətlərlə canlı ünsiyyət qurmaq imkanı yaradılır.

Bundan əlavə interaktiv dərslərin keçirilməsini təmin etmək üçün təbiətə, tarixi yerlərə və s. maraqlı ekskursiyalar təşkil edilir.

Eləcə də əlavə sosial şəbəkələrdə rus dili qrupumuz da fəaliyyət göstərir. Bu qrup kurs tələbələri üçün yaradılmasına baxmayaraq, həmçinin Azərbaycanın müxtəlif bölgələrindən və respublikamızın hüdudlarından kənardan da iştirakçılar qoşulmuşdur. Qrupda ardıcıllıqla gündəlik dərslər, qrammatik materiallar, audio və video materiallar, əyləncəli testlər, mətnlər və s. yerləşdirilir.