Studiya Kompleksi

Studiya Kompleksi region gənclərinin televiziya və radio yayımları sahəsində imkanlarını genişləndirməklə yanaşı intellektual tele layihələrin ərsəyə gəlməsi üçün müvafiq şərait yaradır. Yüksək görüntü və səs yayımı keyfiyyətlərinə malik olan çəkiliş meydanında ərsəyə gələn proqram və verilişlər öz keyfiyyəti ilə fərqlənirlər ki, bu da internet əsaslı tv və radio kimi ideyaların dəstəklənməsinə təkan verir. “Parlaq Zəka” intellektual tele-layihəsinin çəkilişləri məhz bu studiya komplesində ərsəyə gəlmişdir. Gələcəkdə yeni intellektual oyunlar, breyn-rinq formatında layihələr üçün televiziya verilişləri çəkiləcəkdir. İnternet əsaslı Gənc TV və internet radionun fəaliyyət göstərilməsi planlaşdırılır.