SMART laboratoriya

Qeydiyyatdan keç

Zəka Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində region gənclərinin İT üzrə bilik və bacarıqlarının, intellektual inkişafının, innovativ ideya və layihələrinin dəstəklənməsi üçün SMART laboratoriya fəaliyyət göstərir. SMART laboratoriyanın fəaliyyəti çərçivəsində Gənc Dizayner, Gənc İT və Proqram mühəndisi layihələri həyata keçirilir. Eyni zamanda “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi “Microsoft Azerbaijan” şirkəti ilə əməkdaşlıq çərçivəsində Microsoft İT Akademiya kurslarının tədris edilməsi üçün tədris mərkəzi rolunu oynayır.