Şahmat klubu

Qeydiyyatdan keç

“Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində fəaliyyət göstərən şahmat klubu regionda bu zəka oyununa maraq göstərən gənclərin hazırlıq səviyyələrinin və intellektual inkişafının təminatçısı olmaqla yeni Azərbaycan qrossmeysterlərinin yetişdirilməsini hədəfləmişdir.

Zəka sahmat klubunun yaradılmasında məqsəd 5-16 yaş uşaqların şahmat oynuna marağını nəzərə alaraq bu zəka oynunun sirlərini azyaşlılara və gənclərə tədris etmək, istedadlı gənclərin istedadını üzə çıxarmaq və klubumuza cəlb etməkdir.

Tədris zamanı klubda müasir dərsliklərdən istifadə olunaraq şahmat əlifbasının bütün incəlikləri tədris olunur. Klub eyni zamanda iştirakçıların daxili və xarici turnirlərdə iştirakını təmin edərək yüksək dərəcəli şahmatçı kimi formalaşdırır.

İlk öncə daxili turnirlərdə özünü doğruldan klub tələbələri daha sonra Respublika turnirlərinə qatılır. Respublika turnirlərində lazım olan nəticəni əldə etdikdən sonra Dünya və Avropa turnirlərində iştirak şansını əldə edir.

Artıq klubun azyaşlı və gənc şahmatçıları bir neçə turnir və olimpiyadalarda iştirak edib müəyyən yerlərdə qəralaşaraq diplomlar və hədiyyələr qazanıblar:

Yeniyetmələrin yay olimpiyadasında ilk üçlükdə qərarlaşan şahmatçılarımız beynəlxalq olimpiyadayaya vəsiqə əldə etdilər. Həmçinin Respublika cempionatının yarım final mərhələsində uğurla çıxış edərək final mərhələsində iştirak etmək şansı qazandılar.

Eləcə də məktəblilər arasında keçirilən açıq şəhər birinciliyi turnirində 6 şahmatçımız adı çəkilən turnirin müxtəlif yaş qrupları üzrə qalibi olublar. Təhsil nazirliyinin şahmat üzrə respublika birinciliyinin yarımfinal mərhələsində 1 şahmatçımız 3cü yeri tutaraq final mərhələsində iştirak etmək imkanı qazanmışdır.