Rəssamlıq

Qeydiyyatdan keç

“Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin nəzdində fəaliyyət göstərən rəssamlıq dərnəyində gənclərin öz rəssamlıq qabiliyyətlərinin və bacarıqlarının inkişafı üçün hər bir şərait yaradılmışdır. Rəssamlıq dərnəyi region gənclərini rəssamlığın tarixi və dünya rəssamlarının həyat yaradıcılığı ilə tanış etməklə onların dövlət və beynəlxalq əhəmiyyətli sərgilərdə iştirak imkanlarını genişlən
dirir.

Rəssamlıq insanın mənəvi aləmindəki duyğuları cəmiyyətlə bölüşməyin ən maraqlı və ən gözəl yoludur. Rəssamlıq elə bir sənətdir ki, ona hamı həvəs göstərir. Yaşından asılı olmayaraq rəssamlıq qabiliyyəti olan hər kəs rəssamlıq kursuna üzv ola bilər. Rəssamlıq dərnəyi ixtisaslı rəssamların müşahidəsi altında keçirilən dərslərdə şagirdlər öz qabiliyyət və bacarıqlarını gündən günə yeni bir səviyyəyə yüksəldirlər.
 

Dərnəyimizdə rəssamlığın bir çox növləri tədris edilir:

1.Sulu boyalarla kağız üzərində iş

2.Yağlı boyalarla kətan üzərində iş

3.Yumurta qabığından düzəldilmiş mozaika

4.Papia maşee

5.Natir mort

6.Vitraj-şüşə üzərində rəsm

7.Təbii materiallardan düzəldilmiş peysajlar və maketlər
 

Müəyyən müddət ərzində şagirdlər rəssamlığın bir çox sirlərini öyrənirlər, öz valehedici boya dünyalarına daxil olur və qeyri-adi fantaziyalarını kağız üzərində əks etdirirlər. Şagirdlər öz fitri istedadları ilə bir çox sərgilərdə və müs

abi

qələrdə iştirak edirlər:

“Qum üzərində rəsm sərgisi” , “ Zəka Yeni il sərgisi”, “20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş sərgi”, “Gənc rəssamların sərgisi”, “Xocalı soyqrımına həsr olunmuş sərgi”, “Xəmsə sərgisi”, “Almaniya bir rəssamın gözü ilə” və.s