"Gənclər arası I Qraffiti Çempionatı"

27 dekabr 2015 -ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin tərəfdaşlığı iləkeçirilən "Gənclər arası I Qraffiti Çempionatı" adlı fərdi layihəinin açılış mərasimi keçirildi.

Tədbirdə Zəka Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin Dekorativ tətbiqi sənət müəllimi Sona Məhərrəmova, həvəskar rəssamı Nağdalıyeva Qaratel, həmçinin həvəskar qraffiti ustası Qafar Rzayev, layihə rəhbəri Ləman Heydərova və qraffiti həvəskarları iştirak etdilər.

Layihə rəhbəri tədbiri giriş sözü ilə açaraq layihə haqqındaiştirakçılara və qonaqlara məlumat verdi. Ona göstərilən dəstəyə görə Zəka Gənclər Mərkəzinin direktoru Araz Paşayevə və iştirakçılara təşəkkürünü bildirdi və Gənclər Fondunun fəaliyyəti, o cümlədən gənclərin fərdi layihələrinin maliyyələşdirilməsinin əhəmiyyətini vurğuladı.

Daha sonra Gənclərarası l Qraffiti Çempionatına start verildi. 3 gün davam edəcək yarışda 16 nəfər iştirakçı vətənpərvərlik mövzusunda ardıcıl olaraq qrup mərhələsi, yarımfinal və final mərhələlərində mübarizə aparacaqlar.

Başlama tarixi: 
25 dekabr 2015-ci il
Bitmə tarixi: 
27 dekabr 2015-ci il
Keçirildiyi yer: 
Zəka Gənclər Mərkəzi


27.12.2015 00:00