“Fotolardakı qəhramanlarım “

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin tərəfdaşlığı ilə Şəmkir şəhəri orta təhsil müəssələrinin şagirdləri arasında “Fotolardakı Qəhramanlarım” adlı layihəsiə start verildi. Tədbirdə “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Araz Paşayev, Gənclər və İdman idarəsinin rəisi Emin İsmayılov və şəhər gəncləri iştirak etdilər.  Layihə rəhbəri Nilufər Paşayeva layihə haqqında qonaqlara və layihə iştirakçılarına geniş məlumat verdi. Layihənin əsas məqsədi Azərbaycanın milli qəhrəmanları, ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması və gənclərdə vətənpərvərlik ruhunun təbliğ edilməsidir.

Layihə çərçivəsində şagirdlər Milli qəhraman və şəhidlərin həyatını əks etdirən rəsm əsərləri çəkəcəklər və layihənin sonunda ən yaxşı 5 foto sertifkatla təltif olunacaq. Layihə şagirdləri, onların yaradıcılığını, cəmiyətdəki rolunu və ən əsası vətənpərvərlik ruhunu əhatə etdiyi üçün gələcəkdədə davam edəcəyi gözlənilir. 

Qeyd edək ki, şagirdlər sərgi müddətində canlı olaraq rəsm çəkəcəklər. Layihə 3 gün davam edəcək.
 

Başlama tarixi: 
23 dekabr 2015-ci il
Bitmə tarixi: 
25 dekabr 2015-ci il
Keçirildiyi yer: 
Zəka Gənclər Mərkəzi


23.12.2015 00:00