"Təhsilimizin keşiyində"

"Zəka" Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq mərkəzində icra olunan "Şəmkir Uğur Kolleci" layihəsi çərçivəsində təşkil olunan "Təhsilimizin keşiyində" aksiyasi davam edir.

Belə ki, artıq aksiya çərçivəsində Şəmkir şəhərinin Zəyəm, Zəyəm Cırdaxan və Düyərli qəsəbə məktəblərinin şagirdləri ingilis dili kurslarında tədris alırlar. Nəzərinizə çatdırmaq istərdik ki, bu qəsəbələrə yolun uzaqlığını nəzərə alaraq və şagirdlərin kurslarda iştiraklılığını təmin etmək üçün məktəblərə servis təşkil olundu. 

Aksiyanın keçirilməsində əsas məqsəd qəsəbə və kənd məktəblərinin şagirdləində dil biliklərinin artırılmasına və onların sosial inkişafına dəstək verməkdir.

Bizim məqsədimiz sizin uğurunzdur!

Başlama tarixi: 
2015-03-30
Bitmə tarixi: 
2015-05-31
Keçirildiyi yer: 
"Zəka" Gənclər Mərkəzi


25.04.2015 00:00