Regionun Gənc Liderləri

Bu gün Zəka Gənclər mərkəzində keçirilən Gənclər arasında Mübadilə İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və "Zəka" Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq mərkəzinin təşkilatçılığı ilə “Regionun Gənc Liderləri” layihəsinin dördüncü günü yekunlaşdı.

Təlimin dördüncü günü çərçivəsində iştirakçılara "Təqdimat bacarıqları" təlimi keçirildi. Təlim müddətində iştirakçılar uğurlu təqdimatın yolları, auditoriya qarşısında səlis çıxış etmə qaydaları ilə və diğər faydalı məlumatlarla tanış oldular. Eyni zamanda komanda şəklində əyləncəli oyunlar keçirdilər. Həmçinin "Namizəd müsahibədə" səhnəsini canlandırdılar. 

Günün sonunda iştirakçılar komandalara bölünərək Brey-rinq formatında intellektual oyunu keçirdilər.  

Başlama tarixi: 
2015-04-08
Bitmə tarixi: 
2015-04-10


10.04.2015 00:00