“Bayraqdar” və “Danışan tarix”

1 dekabr 2014-cü il tarixidən etibarən Şəmkir şəhərində fəaliyyət göstərən Bayraq muzeyində “Bayraqdar” və “Danışan tarix” adlı layihəyə start veriləcək. 

Layihə müddətində rayon, qəsəbə və kəndlərdə olan orta məktəblərin tarix dərslərinin Bayraq muzeyində keçirilməsi planlaşdırılır. Dərslərin qədimdən başlamış müasir dövrə qədər olan tarixi əks etdirən eksponantlarla - əyani vəsaitlərlə fərqli üsulda keçirilməsi planlaşdırılır. 

Nəzərinizə çatdırmaq istərdik ki, bu layihə gənclərin Azərbaycanın tarixini daha həvəslə öyrənməsinə və inkişaf etdirilməsinə, Azərbaycanın tarixi haqqında müxtəlif istiqamətlərdə layihələr yazılmasına dəstək olacaq.

Bayraq muzeyində Azərbaycanın müxtəlif dövrlərini əhatə edən bir sıra tarixi eksponatlar var. Onlar arasında dövlət və xanlıqların bayraqları, müxtəlif dövrləri əhatə edən numizmatika nümunələri, Azərbaycanın qədim dövlətlərinin ərazilərini əks etdirən xəritələr, mədəniyyət və tariximizi əks etdirən muzey elementləri mövcuddur. 

Qeyd edək ki, layihə 1 mart 2015-ci il tarixinə qədər davam edəcək.

Başlama tarixi: 
2014-12-01
Bitmə tarixi: 
2015-03-01
Keçirildiyi yer: 
Şəmkir şəhəri- Bayraq muzeyi


30.11.2014 00:00