Summer School

“Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq mərkəzi və AIESEC Azərbaycan təşkilatının birgə əməkdaşlığı çərçivəsində Şəmkir şəhərində “Yay məktəbi” nə start verildi. 15-22 iyul 2014-cü il tarixlərini əhatə edəcək “Yay məktəbi”ndə 10-14, 15-18 yaşlarındakı gənclər iştirak edir. 

Nəzərinizə çatdırırıq ki, təşkil olunan Yay məktəbinin açılış mərasimi 15 iyun tarixində “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq mərkəzində oldu. Açılış mərasimində Zəka Gənclər Mərkəzinin könüllüləri və əməkdaşları, media nümayəndələri, Yay məktəbinin təlimçi və şagird heyyəti iştirak etdi. 

Qeyd edək ki, artıq yay məktəbi iştirakçıları xarici təlimçilər tərəfindən keçirilən biznes ingilis dili istiqamətində “Vaxtın idarə edilməsi”, ingilis dilində özünü təqdimetmə istiqamətində “Xarici görünüş”, şəxsi inkişaf təlimləri istiqamətində isə “Təqdimat bacarıqları” təlimlərində iştirak etdilər. Günün sonunda iştirakçılar Şəmkir şəhər parkında əyləncəli vaxt keçirdilər.
Düşərgənin növbəti ikinci günündə iştirakçılar biznes ingilis dili istiqamətində “Kompyuter bilik və bacarıqları”, özünü təqdimetmə istiqamətində “Alış-veriş ifadələri”, şəxsi inkişaf istiqamətində “Ünsiyyət bacarıqları” təlimlərində iştirak etdilər. Qeyd edək ki, gənclər təlimlər arasında müxtəlif komanda işləri və aktiv oyunlar keçirdilər. Günün sonunda iştirakçılar Şəmkir şəhər parkında velosiped turuna qoşularaq əyləncəli vaxt keçirdilər. Iştirakçıların da qeydlərini nəzərə alaraq deyə bilərik ki, düşərgənin ikinci günü əyləncəli və məhsuldar keçdi.
Düşərgənin növbəti üçüncü günündə iştirakçılar biznes ingilis dili istiqamətində “Karyera”, özünü təqdimetmə istiqamətində ”Şəhərdə”, şəxsi inkişaf istiqamətində “Komanda quruculuğu” təlimlərində iştirak etdilər. Qeyd edək ki, gənclər təlimlər arasında müxtəlif tapşırıqlar etdilər, komanda işləri və əyləncəli oyunlar keçirdilər. Günün sonunda iştirakçılar Şəmkir Olimpiya Kompleksində oğlanlararası mini futbol turnirində iştirak edərək əyləncəli vaxt keçirdilər.
Düşərgənin növbəti dördüncü günündə iştirakçılar biznes ingilis dili istiqamətində “Arxitektura”, özünü təqdimetmə istiqamətində ”Nəqliyyat və Səyahət”, şəxsi inkişaf istiqamətində “Fərdi inkişaf” təlimlərində iştirak etdilər. Qeyd edək ki, gənclər təlimlər arasında müxtəlif tapşırıqlar etdilər, komanda işləri və aktiv oyunlar keçirdilər. Günün sonunda gənclər “Funny debate” oynayaraq həm debatın qaydaları və prinsipləri ilə tanış oldular.
Düşərgənin növbəti beşinci günündə iştirakçılar biznes ingilis dili istiqamətində “Mühəndislik”, şəxsi inkişaf istiqamətində “Karyeranın inkişafı” təlimlərində iştirak etdilər. Qeyd edək ki, gənclər təlimlər arasında müxtəlif tapşırıqlar edərək komanda işləri və aktiv oyunlar keçirdilər. Həmçinin iştirakçılar məktəblilər üçün olan SPARE Azərbaycan proqramı ilə yaxından tanış oldular. Günün sonunda gənclər komanda ilə birlikdə işləmə qaydalarını öyrənərək həmin bilikləri praktiki olaraq tətbiq etdilər. Nəticədə komanda şəklində kağızdan Azərbaycan arxitektuarsının gözəl nümunələrindən olan Qız qalasını hazırladılar.
Düşərgənin növbəti altıncı günündə iştirakçılar biznes ingilis dili istiqamətində “Təşkilatlar”, özünü təqdimetmə istiqamətində “Çoxsaylı və azsaylı varlıqlar” təlimlərində iştirak etdilər. Qeyd edək ki, gənclər təlimlər arasında müxtəlif tapşırıqlar edərək komanda işləri və aktiv oyunlar keçirdilər. Günün sonunda iştirakçılar təbiəti ilə seçilən və Azərbaycanın gözəl güşələrindən olan Göy-göl şəhərinin Toğana kəndinə səfər etdilər və təbiət qoynunda düşərgə saldılar.
 “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq mərkəzinin Şəmkirdə ilk dəfə olaraq təşkil etdiyi “Yay məktəbi” düşərgəsi 21 iyul 2014-cü il tarixində uğurla yekunlaşdı. 

Düşərgənin sonuncu günündə iştirakçılar AIESEC Azərbaycan təşkilatının Global Citizen beynəlxalq təcrübə proqramı ilə Zəka gənclər mərkəzinə qoşulan xarici təlimçilərin ölkələri haqqında təqdimatları ilə yaxından tanış oldular. Beləliklə gənclər dünyanın 3 ölkəsinin dövlət simvollarını, tanınmış şəxsiyyətlərini və bayramlarını tanıdı, eyni zamanda böyük şəhərlərinə, əzəmətli binalarına və fərqli təbiətinə vizual olaraq səyahət etdilər.

Bağlanış mərasimində iştirakçılar mərkəzin direktoru Araz Paşayevlə düşərgə haqqında öz təəssüratlarını, yadda qalan və əyləncəli anları bölüşdülər. Sonda Araz Paşayev iştirakçılara işlərində uğurlar arzuladı və bu cür düşərgələrdə aktiv iştirak etməyə dəvət etdi. Yekunda Yay məktəbinin iştirakçılarına sertifikatların təltif olunması mərasimi keçirildi.

İştirakçılarımızın hər birinə “Zəka” Gənclər mərkəzi adından uğurlar arzulayırıq !

Başlama tarixi: 
15.07.2014
Bitmə tarixi: 
22.07.2014


22.10.2014 12:39