Azərbaycan Könüllülük Xidmətindən yararlanacaq

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Azərbaycan Könüllülük Xidməti” Proqramını həyata keçirir. Proqram Respublikanın müxtəlif regionlarından olan 15 Gənclər Evi arasında könüllü mübadiləsini təşkil edir. Onu da qeyd edək ki, bu Gənclər evi arasında “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq mərkəzi də var və mərkəzimiz könüllülərin qəbul olunması ilə bərabər həmçinin digər Gənclər Evlərinə könüllülər göndərir. Belə ki, Azərbaycanın müxtəlif bölgələrindən olan 3 könüllü iyul-avqust ayları ərzində könüllü olaraq "Zəka" Gənclər Mərkəzində fəaliyyət göstərəcəklər.
Proqramının əsas məqsədi ölkədə könüllü hərəkatına təkan vermək, könüllülərin inkişafı və onların idarə edilməsində və ölkədəki gənclər evləri və mərkəzləri arasında gənc könüllülərin mübadiləsinə dair standartların tələb edilməsidir. Proqram iyun ayında start götürməklə ilin sonunadək həyata keçiriləcək və ölkənin 60 gənc liderini və 15 gənclər evini və mərkəzini əhatə edəcək. Proqram çərçivəsində könüllülərlə iş üzrə yerli koordinatorların hazırlanması, yerlərdə könüllülərin 1 aylıq mübadiləsi və təcrübəsi proqramının təşkil olunması nəzərdə tutulub.

Başlama tarixi: 
xx.xx.xxxx
Bitmə tarixi: 
xx.xx.xxxx


22.10.2014 12:34