Gələcək naminə gənclərin velo yürüyüşü

5 iyun “Ümumdünya Ətraf Mühit Günü” münasibətilə “Ya biz çirklənməni qurtarırıq, ya da çirklənmə bizi qurtarar” şüarı altında "Zəka" Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq mərkəzinin və Şəmkir Şəhər Parkının birgə təşkilatçılığı ilə Gənclərin VELO TURU keçirildi.

VELO turun keçirilməsində əsas məqsəd ətraf mühitin qorunmasını təbliğ etmək, alternativ nəqliyyat (yaşıl nəqliyyat) vasitələrindən istifadənin aktuallığını gündəmə gətirmək və yaşıl nəqliyyat vasitələrinin həm sağlamlığımıza, həm də ekologiyaya göstərdiyi müsbət təsirləri cəmiyyətimizə aşılamaqdır.

“VELO TUR” bu gün 11:00-da start götürdü və Şəmkir şəhəri daxilində müəyyən olunmuş marşurut üzrə hərəkət edti və Şəmkir Şəhər Parkında yekunlaşdı. Qeydiyyatdan keçən 50 iştirakçı ilə bərabər Şəmkir rayonunun gəncləri də öz şəxsi velosipedləri ilə tura qoşuldu.

Turun sonunda iştirakçılar təşkil olunmuş VELO TUR ilə bağlı xoş təəssüratlarını bölüşdülər.

Başlama tarixi: 
05.06.2014
Bitmə tarixi: 
xx.xx.xxxx


22.10.2014 12:31