“Gənclərin andlılar məhkəməsində iştirakı”

 “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyilə “Gənclərin andlılar məhkəməsində iştirakı” layihəsini həyata keçirir. Layihənin məqsədi andlılar məhkəməsinin gənclər arasında nüfuzunun artırılması, gənclərin andlılar məhkəməsinin tətbiqinə hazırlanması, vətəndaşlıq mövqeyinin möhkəmlənməsinə, gənclər arasında ağır cinayətlərin törədilməsinin qarşısının alınmasına kömək etmək, gənclərdə özünə inam hissinin gücləndirilməsi, Andlı iclasçılar məhkəməsinin tətbiqinin ictimai fikirdə formalaşmasına kömək etməkdir

İctimai Birliyin sədri Samirə Mustafayeva bildirib ki, andlı ıclasçılar siyahısına daxil edilmiş vətəndaşların məhkəmə prosesində iştirakı onların vətəndaşlıq borcudur və vətəndaşların vətəndaşlıq hisslərinin güclənməsinə kömək edir: “Bu günkü gənclər sabahın mümkün andlı iclasçılardır. Bundan başqa gənclərin andlılar məhkəməsində iştirakı onların özlərinə inamını daha da yüksəltməyə, cinayətkarlığın qaşısınn alinmasına, vətəndaşlıq mövqeyinin möhkəmlənməsinə xidmət edir”. Tədbirin sonunda gənclərdən ibarət səhnələşdirilmiş məhkəmə prosesi keçirilib. Layihə Zəka Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilib.Tədbirdə mərkəzin direktoru, Şəmkir Gİ rəisi, təhsil şöbəsinin metodisti və s. şəxslər iştirak edib.

Başlama tarixi: 
xx.xx.xxxx
Bitmə tarixi: 
xx.xx.xxxx


22.10.2014 12:26