QHT İdarəetmə Akademiyasının açılış mərasimi

Noyabrın 9-u "Zəka" Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatı dəstəyi ilə QİDA-QHT İdarəetmə Akademiyası layihəsi çərçivəsində təşkil olunan təlimin rəsmi açılışı olub. Açılış mərasimini mərkəzin direktoru Araz Paşayev edib. Təlimin yüksək səviyyədə keçiriləcəyini vurğulayan Araz Paşayev, gənclərin bilgilənməsində bu proqramın böyük rol oynayacağını bildirib.
Daha sonra seminar öz işinə başlayıb. Təlimlərdə Bakı şəhərində çalışan gənclər təşkilatlarının 15 nümayəndəsi və Şəmkir şəhərindən 15 fəal gənc olmaqla 30 nəfər iştirak edir.İştirakçılara "Effektiv kommunikasiya və Komanda quruculuğu" "Gənclər təşkilatlarının yaradılma və idarəedilmə mexanizmləri" mövzuları üzrə seminarlar keçiriləcək.
Noyabrın 10-da yekunlaşacaq təlimin sonunda iştirakçılar şəhadətnamə ilə təltif olunacaq.

Başlama tarixi: 
09.11.2013
Bitmə tarixi: 
10.11.2013


22.10.2014 12:21