"Debat texnologiyaları" layihəsi

Zəka Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq mərkəzinin Debat klubunda Şəmkir şəhərinin məktəbliləri üçün "Debat texnologiyaları" layihəsi çərçivəsində Karl Popper formatı üzrə "Şəbəkələşmə və sosial münasibətlər", "Arqumentləşdirmə və inandırma sənəti", “Debat spikerlərinin vəzifələri”, “Hakim qiymətləndirməsi” və “Çıxışlara verilən ballar” mövzularında təlimlər keçiriləcəkdir. Təlimdə Şəmkir rayonunun məktəblərindən 21 gənc iştirak edəcək. Təlimlər 20 mart tarixinə qədər davam edəcək.
Onu da qeyd edək ki, debata qoşulan hər bir gəncin dərketmə təfəkkürü yaxşılaşır, cəmiyyətdə gedən ictimai-sosial proseslərə və ətraf mühitə müxtəlif nöqteyi nəzərdən baxmağı öyrənir, intellektual inkişafı və sosial inteqrasiyası artır, fərdi, elmi və mədəni inkişafı genişlənir, əldə etdiyi biliklər və ideyalarla şəxsi inkişafını yaxşılaşdırır. Bizim məqsədimiz intellektual səviyyəsi yuksək olan gənclərin intellektual şəbəkəsini yaradaraq digər gənclərin bu şəbəkəyə qoşulmasına şərait yaratmaqdır.

Başlama tarixi: 
21.10.2013
Bitmə tarixi: 
20.03.2014


21.10.2014 01:05