“QHT-lərin İDarəetmə Akademiyası” “QİDA” Payız Proqramı

Hörmətli gənclər və gənclər təşkilatları,

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) “QHT-lərin İDarəetmə Akademiyası” (“QİDA”) çərçivəsində həyata keçirdiyi “QİDA” Payız Proqramını açıq elan edir.

“QİDA” Payız Proqramının 8-10 noyabr 2013-cü il tarixlərində həyata keçirilən təlimləri “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi ilə birlikdə Şəmkir şəhərində reallaşacaqdır.

Təlimlərin mövzuları:
“Effektiv kommunikasiya və Komanda quruculuğu”
“Gənclər təşkilatlarının yaradılma və idarəedilmə mexanizmləri”

Təlimlərdə gənclər təşkilatlarının rəhbər və işçi heyəti nümayəndələri, eləcə də Şəmkir rayonu gəncləri iştirak edə bilər.

Akademiyanın əsas məqsədi QHT sahəsinin həm praktiki, həm də nəzəri inkişafına nail olmaq, gənclər təşkilatlarının strateji inkişafının təmin edilməsi və təlim alətlərinin reallaşması nəticəsində gənclər təşkilatlarının potensialının artırılmasıdır.
Akademiya təlimləri 4 tədris blok üzrə təyin olunmuşdur və hər bir blok auditoriya fərqini nəzərə alaraq təlim modullara bölünmüşdür:

І tədris bloku – “QHT-lərin İdarəetmə Akademiyası” (“NGO management school”)
II tədris bloku – “Layihələrin İdarəetmə Akademiyası” (“Project management school”)
III tədris bloku – “Şəxsi və Peşəkar inkişaf Akademiyası” (“Personnel & Professional Capacity building School”)
IV tədris bloku - “Seçmə Kursları” (“Electives”)

Təlimlərdə iştirak üçün www.qida.nayora.az səhifəyə daxil olaraq, təlimlər proqramı ilə tanış olub, müraciət formasını doldura bilərsiniz.

Təlimlərdə iştirakçı sayı: 30 nəfər
Seçim zamanı ARGTMŞ üzv təşkilatlarının rəhbərlərinə, rəhbərlikdə fəaliyyət göstərən əməkdaşlarına və Şəmkir rayonu gənclərinə üstünlük veriləcəkdir.

Müraciətin son tarixi: 03 noyabr 2013-ci il, 18:00
Əlavə suallar üçün qida@nayora.az ünvanına müraciət edə bilərsiniz.
Əlaqəli şəxs: Mələk Alquliyeva, +99455 8220331

Başlama tarixi: 
29.10.2013
Bitmə tarixi: 
03.11.2013


21.10.2014 00:57