Zəka əməkdaşı təlimçi adına layiq görüldü

Azərbaycan Respublikası və Avropa Komissiyası arasında imzalanmış “Hərtərəfli İnstitusional Quruculuq Proqramının çərçivə sənədi üzrə Anlaşma Memorandumu”na uyğun olaraq, ADA Universitetində Azərbaycan dövlət qulluqçuları üçün təlimlərin keçirilməsi və Aİ məsələləri üzrə yaradılmış Araşdırma Mərkəzində dövlət qulluqçuları üçün gələcəkdə təlim apara biləcək potensial təlimçilərin hazırlanması məqsədilə “Təlimçilər üçün Təlim” (ToT – Training of Trainers) proqramı çərçivəsində təlimlər keçirilmişdir. Yuxarıda adı qeyd olunan "Zəka" Gənclərin Intellektual İnkişaf və Yaradıcılıq mərkəzində “Direktor Köməkçisi” vəzifəsində çalışan Məmmədova Piraya iştirak edərək dövlət qulluqçuları üçün təlim apara biləcək təlimçi adını qazanıb. Sonda təlim iştirakçıları sertifikatla təltif olunublar.

23.06.2014 00:00