30 komandanın iştirakı ilə Şəmkir şəhər birinciliyi

21 iyun 2014-cü il tarixində Azərbaycan İntellektual Oyunlar Klubu və "Zəka" Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq mərkəzinin birgə təşkilatçılığı ilə İntellektual oyunlar üzrə Şəmkir şəhər birinciliyi keçirildi. İntellektual yarışmada Şəmkir rayonunun müxtəlif kənd və qəsəbələrinin məktəblərini təmsil edən 30 komandadan 180 məktəbli mübarizə apardı.

Onu da nəzərinizə çatdırırıq ki, yarışma Nə? Harada? Nə Zaman? formatında keçirildi. Oyun hər tur 12 sualdan ibarət olmaqla 3 tur davam etdi. Oyun bitdikdən sonra eyni xalı toplamış “Zəka” (Şəmkir) və “Odlar yurdu” (Çinarlı) komandaları 5 sualdan ibarət qısa bir turla lll yer üçün mübarizə apardılar və sonda 10 xalla “Odlar yurdu" (Çinarlı) komandası lll yerdə qərarlaşdı. Şəffaf və gərgin mübarizə ilə davam edən oyunun nəticəsində qalib komandalar 3 yer üzrə müəyyənləşdi.

Beləliklə oyun nəticəsində 12 xalla l yerdə “Kamillər” (Zəyəm-Cırdaxan),11 xalla ll yerdə “Liderlər” (Dəllər-Cırdaxan) və 10 xalla lll yerdə “Odlar yurdu” (Çinarlı) komandası oldu.

Bizə qoşulan yeni zəkalarımıza növbəti oyunlarda uğurlar!

    21.06.2014 00:00