Nağıllar aləmi uşaqlara iki qat bayram əhval-ruhiyyəsi bəxş etdi

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, "Zəka" Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin təşkilatı dəstəyi ilə dekorativ tətbiqi sənət müəlliməsi Sona Məhərrəmovanın Şifahi xalq ədəbiyyatının şahı olan Nağıl qəhrəmanlarının Dekorativ tətbiqi sənət və bədii tikmə üslubunda hazırlanmış kuklalarından ibarət "Nağıllar aləmi" adlı fərdi sərgisi baş tutdu. 

Sərgini açılış nitqi ilə açıq elan edən qonaqlar-Gəncə Dövlət Humanitar kollecinin şöbə müdiri Nigar xanım Hüseynova və Gəncə Dövlət Rəsm Qalereyasının fond müdiri Məhbuba xanım Həsənova dekorativ tətbiqi sənət müəlliməsi Sona Məhərrəmovaya yaradıcılıq uğuru arzu edərək onu ürəkdən təbrik etdilər. 

1 iyun Beynəlxalq Uşaqların müdafiəsi gününə təsadüf edən "Nağıllar aləmi" adlı kukla sərgisi şəmkirli uşaqlar üçün iki qat bayram əhval-ruhiyyəsi bəxş etdi.

Qeyd edək ki, sərgi 7 saylı uşaq evinin rəqs qrupunun və şəmkirli Flashmob-çuların maraqlı çıxışları ilə yadda qaldı.

    01.06.2014 00:00