İntellektual oyunlar üzrə kubok öz sahibinə çatdı

27 aprel 2014-cü il tarixində "Zəka" Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq mərkəzində Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Şəmkir rayon Təhsil şöbəsi və “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq mərkəzinin birgə təşkilatcılığı ilə Nə? Harada? Nə Zaman? intellektual yarışmasının Qərb region birinciliyi keçirilmişdir. 8 rayonun komandasının iştirak etdiyi gərgin mübarizə şəraitində keçən yarışma 3 turdan ibarət idi. Oyunun nəticəsində yenədə Şəmkir rayonunu təmsil edən “Zəka” komandası l yerə çixaraq kuboku qazandı. “Zəka”larımıza uğurlar arzu edirik!

29.04.2014 00:00