İntellektual oyunlar üzrə Qərb region birinciliyi

05 aprel 2014-cü il tarixində Azərbaycan İntellektual Oyunlar Klubu və "Zəka" Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq mərkəzinin birgə təşkilatçılığı ilə “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq mərkəzində Qərb region birinciliyi keçirilmişdir. Yarışmada 6 rayonun komandası mubarizə aparmışdır. Oyunu “Heksaqon” (Tovuz) və “İnteqral” (Gədəbəy) komandaları bərabər xalla bitirdiyinə görə yerləri müəyyən etmək üçün bu komandalar arasında oyun Breyn-Ring formatında davam etdirildi. Nəticəyə görə I yeri “Xəzər” (Samux), II yeri “Heksaqon” (Tovuz), III yeri isə “İnteqral” (Gədəbəy) komandası tutdu. Sonda qaliblərə diplomlar təqdim olundu. Fəal iştirak edən komanda isə “Zəka” (Şəmkir) komandası oldu

05.04.2014 00:00