Növbəti uğurumuz

Bildiyimiz kimi hər bir xalq öz incəsənəti və mədəniyyəti ilə tanınır.

"Zəka" Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzindədə gənclərə incəsənətin bütün dərinlikləri və incəlikləri aşılanır.
Mərkəz, öz istedadlarını nümayiş etdirmək və həvəsləndirmək məqsədi ilə gənclərin tez tez yerli və beynəlxalq sərgilərdə iştirakını təmin edir.
Növbəti uğurumuz, 10-11 iyun 2017-ci il tarixində, Bakı şəhərində oldu. Belə ki, Park Bulvar AVM-də təşkil olunmuş sərgidə "Zəka" Gənclər Mərkəzində ərsəyə gələn əl işləri nümayiş olundu.
Nümayiş olunan əl işlərimiz sərgi iştirakçılarının, xüsusilə xarici qonaqların diqqət və marağını cəlb etdi.

 
12.06.2017 00:00