1 iyun bayram şənliyi

1 iyun 2017-ci il tarixində “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində bayram şənliyi təşkil edildi.
Şənlikdə Mərkəzin məktəbəqədər hazırlıq kursunun azyaşlılarının və digər kurslarımızın şagirdlərinin iştirakı ilə milli və xarici rəqslər və nağıl səhnəcikləri nümayiş edildi.
Tədbirin sonunda Mərkəzin direktoru Ramin Cəfərov, Gənc Məktəbəqədər Tərbiyəçilər Birliyinin sədri, 3 saylı körpələr evi – uşaq bağçasının rəhbəri Nigar Hüseynli və “Zəka” Gənclər Mərkəzində fəliyyət göstərən məktəbəqədər hazırlıq kursunun müəlliməsi Türkan Heydərova çıxış edərək uşaqları bayram münasibəti ilə təbrik etdilər.

01.06.2017 00:00