Almaniya səfiri Zəka Gənclər Mərkəzində

25 oktyabr 2016-cı il tarixində Almaniya Federativ Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab Şəmkirə səfər edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında sərəncamına əsasən, gələn il təşkil olunacaq tədbirlərlə bağlı rayon rəhbərliyi ilə danışıqlar aparılıb.

Səfər çərçivəsində rayonumuzun qonağı olan səfir, Şəmkir Rayon İcra Hakimiyyətinin Başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Məyekə xanım Əlizadə və nümayəndə heyəti ilə birlikdə Bayraq Muzeyi və “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olublar. Mərkəzlə yaxından tanış olan səfir burada olduğundan məmnunluğunu ifadə edib.

Sonda səfirə Mərkəzdə fəaliyyət göstərən Müasir İncəsənət Qalereyasında ərsəyə gələn rəsm əsəri hədiyyə olundu.

24.10.2016 23:00