"Beynəlxalq Sülh Günü"nə həsr olunmuş İntellektual yarışma.

21 sentyabr 2016-cı il tarixində, “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin və Şəmkir rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş intellektual oyun keçirildi.

İntellektual oyunda Şəmkir rayon və kənd məktəblərindən ibarət 6 komanda və hər komandadan 6 şagird iştirak etdi.

Gərgin mübarizə şəraitində keçən oyunun sonunda I yerin qalibi Morul tam orta məktəbin “Zirvə” komandası, II yerin qalibi Zəyəm-Cırdaxan tam orta məktəbin “ Şagirdlər” komandası, III yerin qalibi isə Düyərli 2 saylı orta məktəbin “The Best” komandası oldu.

Sonda qalib komandanın şagirdləri sertifikatla təltif olundular.

20.09.2016 23:00