«"Uşaqların Beynəlxalq Müdafiəsi Günü" tədbiri»

1 iyun “ Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Şəmkir rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəmkir şəhər parkında möhtəşəm şənlik- tədbiri keçirilmişdir.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, İcra Hakimiyyəti orqanının məsul işçiləri, idarə və müəssisə rəhbərləri, rayon bağçaları , məktəbləri və rayon ictimaiyyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan Şəmkir Rayon İcra Hakimiyyətinin baçşısı Cənab Alimpaşa Məmmədov uşaqları təbrik edərək qeyd etdi ki, uşaqlar bizim gələcəyimizdir, tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunur.

Yüksək səviyyədə təşkil olunmuş tədbirdə keçirilən əyləncəli oyunlar, klounlar və müxtəlif cizgi personajları uşaqların böyük marağına səbəb oldu.

Tədbirdə “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi də öz fəaliyyətləri ilə iştirak etdi. Belə ki, Mərkəzdə fəaliyyət göstərən rəsm və dekorativ tətbiqi sənət dərnəyinin tələbələrinin əl işləri tədbir iştirakçılarına və qonaqlara təqdim olundu.

31.05.2016 23:00