“Öz biznesinə başla və onu inkişaf etdir"mövzusunda keçirilən təlim

Avropa İttifaqı, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Viator Mikrokredit, Dəmirbank ASC və Polşa Mikromaliyyə Mərkəzinin dəstəyi ilə həyata keçirilən “ Azərbaycan regionlarında qadın mütəxəssislərin hazırlanması və qadın sahibkarların inkişafı” layihəsi çərçivəsində 18-aprel 2016-cı il tarixində Şəmkir Rayonu Zəka Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində “Öz biznesinə başla və onu inkişaf etdir” mövzusunda üç günlük təlim öz işinə başlamışdır.
Təlimin məqsədi Azərbaycan regionlarında qadınların maliyyə biznesi sahəsində bilik səviyyəsinin artırılmasından ibarətdir. Təlimdə rayonun ictimai fəal xanımları iştirak etmişdir.Təlim sonunda iştirakçılar sertifikatla mükafatlandırılacaq.

17.04.2016 23:00