Beynəlxalq qrossmeyster İlahə Qədimova gənc şahmatçılarla görüşdə

21 aprel 2015-ci il tarixində "Shamkir Chess -2015" turnirinin qonağı, şahmat üzrə Azərbaycanın qadınlar komandasının ledirlərindən olmuş İlahə Qədimova Zəka Gənclər mərkəzinin qonağı oldu. 

Beynəlxalq qrossmeyster İlahə Qədimova ilk öncə Mərkəzdə fəaliyyət göstərən kurslar, dərnəklər, klublar, müasir kitabxana və digər funksional otaqlarla tanış oldu. 

Ardınca qonağımız “Zəka” şahmat klubunun gənc şahmatçıları ilə dostluq görüşü keçirdi. Mərkəzin direktoru Araz Paşayev Beynəlxalq qrossmeysterlə ilə oynamaq şansı əldə etmiş gənc şahmatçılara uğurlar arzuladı və gərgin mübarizəyə start verildi.

Görüşdən sonra qonaqla xatirə şəkli çəkdirildi.

21.04.2015 00:00