"Zəka"lar birincilik üçün mübarizə apardılar

17 yanvar 2015-ci il tarixində "Zəka" Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq mərkəzində Azərbaycan İntellektual Oyunlar klubu, Şəmkir Şəhər parkı və Zəka Gənclər mərkəzinin birgə təşkilatçılığı ilə Şəmkir Rayon birinciliyi keçirilmişdir.

Şəmkir rayon, qəsəbə və kənd məktəblərindən olan 22 komandanın iştirak etdiyi turnir Breyn-Rinq formatında keçirildi.

Turnirin sonunda I yerə "Kamillər" komandası, ll yerə "Şahinlər" komandası, lll yerə isə "Debatçılar" komandası çıxdı.

Sonda qaliblər Şəmkir Şəhər parkının direktoru Timur Coşqun və Azərbaycan İntellektual Oyunlar klubunun prezidenti Aydın Piriyev tərəfindən hədiyyələr və diplomlarla təltif olundular.

19.01.2015 00:00