Zəkalarımız təltif olundu

9 noyabr 2014-cü il tarixində Şəmkir rayon İcra hakimiyyəti və Zəka Gənclər mərkəzinin birgə təşkilatçılığı ilə “Bayraq günü” tədbir keçirildi. Tədbirdə Zəka Gənclər mərkəzinin müxtəlif bölmələrində olan qalibləri hədiyyələr və diplomlarla təltif olundular.

Belə ki, 15 may 2014-cü il tarixində "Zəka" Gənclər mərkəzinin rəsm dərnyinin tələbələri Almaniya Fedarativ Respublikasının Azərbaycandakı Səfirliyinin ənənəvi təşkil etdiyi “Almaniya bir rəssamın gözü ilə” rəsm sərgisində iştirak etmişdi. Qeyd olunan sərgidə lll yerə sahib olan dərnəyin tələbəsi Süleymanova Nərmin qiymətli hədiyyələrlə təltif olundu. 

Ardınca Zəka şahmatt klubunun fəxri Nağıyeva Xəyalə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən məktəblilər arasında keçirilən ölkə çempionatının final mərhələsində l yer tutduğuna görə qiymətli hədiyyələr və sertifikatla təltif olundu.

Daha sonra Zəka İntellektual oyunlar klubunun “Dövlət bayraq günü”nə həsr etdiyi açıq Şəmkir birinciliyində qalib olan “Zəka” komandasının üzvüləri diplomlar və hədiyyələrlə təltif olundular.

11.11.2014 00:00