Azərbaycan-NATO tərəfdaşlığının 20 illiyi

Bu gün "Zəka" Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq mərkəzində NATO-Azərbaycan tərəfdaşlığının 20 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbir dəyirmi masa ətrafında Zəka Gənclər mərkəzi və Şəmkir rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyi ilə Gəncə Avropa-Atlantik məlumat mərkəzi tərəfindən "Azərbaycanın fövqəladə hallara hazırlığı sahəsində milli imkanların artırılmasına NATO-nun dəstəyi" mövzusunu əhatə etdi. 

Tədbirin giriş sözünü Şəmkir rayon Gənclər və İdman idarəsinin rəisi Pərvin Gözəlov edərək qonaqları salamladı. Sonra Gəncə Avropa-Atlantik məlumat Mərkəzi İdarə Heyyətinin sədri Mehman Xəlilov NATO-Azərbaycan tərəfdaşlığı haqqında istirakçılara geniş məlumat verdi. 
Ardınca Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Əlaqələr idarəsinin rəis müavini Ziya Hacılı tədbir iştirakçılarına nazirliyin ölkəmiz üçün etdiyi işlərdən danışdı. 

Tədbir Fövqəladə Hallar nazirliyinin fəaliyyətlərini əks etdirə videorolikin izlənilməsi ilə yekunlaşdı.

29.09.2014 00:00