Zəka İntellektual oyunlar klubu

Qeydiyyatdan keç

Zəka Gənclərin İntelektual İnkişaf və Yaradıcılıq Mərkəzində fəaliyyət göstərən “İntellektual Oyunlar Klubu “ fəaliyyətə başladığı ilk gündən etibarən Şəmkir gənclərinin intellektual inkişafına xidmət göstərir. Fəaliyyətinin əsas səciyyəvi cəhəti intellektual oyunlar sahəsində peşəkar fəaliyyət göstərən öncül intelekual klub olmasıdır.

”Zəka“ İntellektual Oyunlar Klubunun yaradılmasında əsas məqsəd Şəmkir şəhərində nəinki bütün növ intellektual oyunların inkişafına kömək etmək, həmçinin gənclərin asudə vaxtlarını səmərəli keçirməsi, dəyərləndirməsi, intellektual inkişaf, savad və dünyagörüşlərinin artırmaqda onlara kömək etməkdir. Klub gənclərin cəmiyyət arasında fəal gənc olmaları üçün birbaşa dəsdək olur. Eyni zamanda gənclərin gələcəkdə karyera qurmaları üçün lazım olan bilik ve bacarqları aşılayır.


Hal-hazırda "Zəka İntellektual oyunlar klubunda komandalardan ibarət əsas liqa və məktəbli liqası fəaliyyət göstərir. Burada hər həftə "Nə? Harada? Nə zaman?", "Breyn-Rinq" intellektual oyunları üzrə müxtəlif turnirlər təşkil edilir və regional çempionata ev sahibliyi edir.
 

Keçirilən turnirlərdə qalib komandalar "Zəka" Klubunun üzvləri Respublika miqyasında həyata keçirilən intellektual layihələrdəniştirak edirlər. Klub komandaları keçirilən turnirlərdə 3 dəfə region qalibi olmub və respublika çempionatında iştirak ediblər.
 

Mütəmadi olaraq hər həftə keçirilən turnirlər klub gənclərini gələcəyə doğru iri addımlarla irəliləməyə yardımçı olu. Eyni zamanda gənclər əldə etdikləri yeni informasiyalarla biliklərini daha da zənginləşdirirlər.

Bundan əlavə Intellektual oyunlar klubu tərkibində Debat mərkəzi da fəaliyyət göstərir. Debat mərkəzinin əsas məqsədi gənclərdə nitq qabiliyyətinin inkişafı, fikrin sərbəst ifadəsi, araşdırma qabiliyyətinin artırılması, özünü düzgün ifadə qaydasını, auditoriya qabağında sərbəst çıxış etmək bacarıqlarını inkişaf etdirməkdir.