Elektron Kitabxana

20.000-dən çox məktəbin qoşulduğu kitabxana sistemi.
7.240+ tam mətnli elmi jurnallar
2.500+ tam mətnli kitab və broşuralar

Zəka İntellekttual Gənclər Mərkəzinin Kitabxanası haqqında (Follett Kitabxana)

Zəka Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində kitabxananın yaradılması Şəmkir şəhərində yenidənqurma məsələlərinin bir hissəsi kimi 2013-cü ildən fəaliyyətə başlamışdır. Kitabxanada Azərbaycanda tətbiq edilən son texnoloji imkanlar tətbiq edilib.Kitabxana Follett – avtomatlaşdırılmış kitabxana informasiya sisteminə qoşularaq əhatə dairəsini daha da genişləndirmiş və oxuculara dünyanın qabaqcıl kitabxanalarının nəşrlərindən istifadə imkanı yaratmışdır. Kitabxana həmçinin Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu ilə əməkdaşlığa qoşulmuşdur. EBSCO mənbəsi müxtəlif elm sahələrini İqtisadiyyat, Hüquq, Arxitektura və dizayn, Təhsil, Siyasi Elmlər, Ədəbiyyat, Sosiologiya, Riyaziyyat, Fizika, Kimya, Biologiya, Coğrafiya, Telekommunikasiya və Mühəndislik, Kompyüter Elmləri, Elektronika və s. ilə əhatə edir.

Tədqiqat layihəsini yazarkən beynəlxalq elmi məqalələrdən bəhrələnmək istəyən məzunlar Kitabxanada tam mətnli elektron elmi mənbələrdən yararlana bilərlər.

 

Bütün bunlardan başqa kitabxanada tətbiq edilən Follett Destiny sistemi katoloqlaşdırma, dövriyyə xidmətləri, hesabatlar, inzibatçı və ofis işləri və Veb Kataloq işlərinin aparılmasına xidmət edir.

Katoloqlaşdırma — kitabxanaya daxil olunan informasiya resursları, istifadəçilər haqqında məlumatların emalı prosesinin təşkil edilməsini təmin edir.

Dövriyyə xidmətləri — Kitabxanada informasiya resurslarının istifadəçilər tərəfindən əldə edilməsi, qaytarılması, bu zaman baş verən kecikdirmərlərin, cərimə hesablarının aparılması, onlayn sifarişlərin qəbulu, istifadəçilərdə olan resursların vaxtının uzadılması proseslərini idarə edir.
 

Hesabatlar — Kitabxanada baş verən əməliyyatların hesabatlarının hazırlanması, buraya informasiya resursları, istifadəçilərlə bağlı müxtəlif statistik, fəaliyyət məlumatları nəzərdə tutulur.

İnzibatçı və ofis işləri — Kitabxananın balansında olan bütün verilənlərin qorunması, mübadiləsi və s. təhlükəsizliklə bağlı əməliyyatların aparılması, veb kataloqun interfeysi və quruluşunun müəyyənləşdirilməsi.

Veb Kataloq — İstifadəçilərin kitabxananın informasiya resurslarından istifadə etmələri üçün mərkəzləşdirilmiş portal

«Zəka» Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində fəaliyyət göstərən kitabxana müxtəlif sahələri əhatə edən nəşrlər ilə yanaşı ən son göstəricili İpad və bookreader ilə təchiz edilmişdir. Kitabxana yerli və dünya ədəbiyyatı, müasir ədəbiyyatı, peşə yönümlü və gənclərin ümumi intellektual inkişafına yönəlmiş ədəbiyyatları əhatə edən 5200 kitabdan ibarət resurs mərkəzidir. Kitabxana Azərbaycan dilində olan nəşrlər ilə yanaşı İngilis, Alman, Rus, Türk və İspan dillərində də nəşr olunmuş kitablardan ibarətdir. Mərkəzin kitabxanası İnformasiya resurslarının çeşidliliyi, yeniliyi, sorğulara əhtəli cavab verməsi, regionda informasiya təchizatı kimi aparıcı rol oynaması ilə fərqlənir. Mərkəzin Kitabxanasında fəaliyyət göstərən “Kitab klubu”gənclərin oxuduqları kitabları bir arada müzakirə etmələrinə xidmət edir. Kitab klubunun fəaliyyət istiqamətindən biri də, şair və yazıçıların imza günü keçirməkdir.