Haqqımızda

Tariximiz

“Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi 2013-cü ilin sentyabr ayında cənab prezident İlham Əliyev tərəfindən fəaliyyətə açılmışdır. Orijinal layihə əsasında tikilmiş mərkəzin yaradılmasında əsas məqsəd regionda gənclərin intellektual inkişafına şərait yaratmaq, istedadlı gənclərin yaradıcılıq potensialının inkişafını dəstəkləmək və gənclər arasında vətənpərvərliyin təbliğ edilməsi istiqamətində müvafiq işlər aparmaqdan ibarətdir.


Kimliyimiz

Biz gənclərin intellektual inkişafını və sosial inteqrasiyasını dəstəkləyərək fəal vətəndaş və gənc yetişdiririk. Bu fəaliyyət çərçivəsində gənclərin fərdi, elmi və mədəni inkişafını təmin edirik.


Hədəfimiz

“Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi bütün gəncləri əhatə edərək gənclərin intellektual şəbəkəsini yaratmaqla onlara intellektual baxımdan özlərini təsdiq etmək üçün imkanlar yaradır. Eyni zamanda hədəflərimiz arasında gənclərin intellektual potensialını üzə çıxartmaqla gənclərin intellektual hərəkatını inkişaf etdirmək və region gənclərinin həm Azərbaycan, həm də beynəlxalq səviyyədə layihələrə cəlb etməklə sosial fəaliyyətlərinin artmasını təmin etməkdir.


Məqsədimiz

  • Fəaliyyətimizi Dövlət gənclər siyasətinə uyğunlaşdırmaq;

  • Region gənclərinin intellektual hərəkata cəlb olunması istiqamətində fəaliyyət göstərmək;

  • Region gəncləri arasında sosial inteqrasiya və aktiv vətəndaşlığı təbliğ etmək;

  • Gənclər arasında vətənpərvərliyin təbliği ilə bağlı geniş miqyaslı işlər aparmaq;

  • Yaradıcı qabiliyyəti olan gəncləri dəstəkləmək, onların inkişafına şərait yaratmaq;

  • İntellektual baxımdan özlərini təsdiq etmək istəyən gənclərə şərait yaratmaq;


Missiyamız

Bizim missiyamız gənclər üçün yüksək səviyyəli xarici dil kursları, fərdi və peşəkar inkişaf məktəbləri, təlimlər, forum və seminarlar təşkil etməkdir. Bunlarla yanaşı gənclərin asudə vaxtının səmərəli təşkili üçün gənclər arasında intellektual yarışlar və oyunlar təşkil etməkdir.


Xidmət sahələrimiz

  • Xarici dil kursları

  • Rəssamlıq

  • Xalçaçılıq

  • Əmək və dekorativ tətbiqi sənət

  • SMART laboratoriyası (Smart lab)

  • Elektron kitabxana

  • Müasir İncəsənət Qalereyası

  • Studiya kompleksi

  • Şahmat klubu